تبليغاتX
دارالصفای خوی، مدفن شمس تبریزی -


دارالصفای خوی، مدفن شمس تبریزی

شمس تبریزی و مولانا

Sual: Şəms məktəbində “eşq irfanı”, “eşq təsəvvüfü” kimi anlayışlara rast gələrik. Bu anlayışların içini dolduran mənəvi dəyərlər nədir?

 

Cavab: Şəms irfanı tərki-dünyalığı sevməz. Şəms irfanı həyat duyğularından təcrid edilmiş deyildir. Şəms təlimində duyğuları söndürmə kimi bir istək yox. Duyğuları kontrol etməklə, söndürüb tam imtina etmək başqa-başqa mövzulardır. Nəfsin öz istəyi var. Bunlar təmin edilməlidir. Təmin edilməzsə, insanı vəhşiləşdirər. Yəni elə bir mərhələ gələr ki, söndürülmüş bu duyğular kompleksə dönüşərək insanı öz mehvərindən çıxara bilər. İnsan öz içində yaxşı duyğuları yanlış tanımlamalarla söndürməyə çalışsa onun yerini kötü duyğular doldurmağa başlar.Şəms irfanında eşq, insanı hər an xoşbəxt edən, mutlu edən bir iç enerjidir. Əgər sən mutsuzlaşırsansa, o zaman içində Şəmsin nəzərdə tutduğu o eşq yox olmuşdur. Əlbəttə Şəms bunları da izah etmişdir. Yəni “varlığın insanın içindən çəkilişi”, “varlığın insanın içinə dolması” kimi görüşlər də Şəms fəlsəfəsində şərh edilmişdir. Şəms irfanında “hal” (ruh durumu) və “qal” (söhbət) elmi burdan qaynaqlanır. Bəzən varlıq öz-özünə insanın içindən çəkilər. İnsan boşluğa və heçliyə döşdüyünü hiss edər. Bunun adına “sarsılış” deyirik. Sarsılış boşluğa düşdüyümüzü ifşa edər. “sarsılış” duyğusu pis duyğu deyildir. Yoxluq içində çabalamaq və yenidən varlığa axış sağlamaq arzusu insanın içini genişlədir. “varlıq” və “yoxluq”un insanın içində toqquşmasıdır bu Şəms fəlsəfəsində. Bütün bu “varlıq”— “yoxluq” toqquşmasında insan təzadların savaş meydanına çevrilir. Dialektik təkamül də elə bundan ibarətdir. Təzadların anlaşması eşqin gəlişi ilə bərqərar olur. Eşq gəlmədikcə varlıq-yoxluq savaşı ruhda davam edir. Şəmsə görə eşq gəldiyində varlıq-yoxluq vəhdəti yaranır. “Varlıq”— “yoxluq” vəhdəti üzərində eşqin gücü ilə yüksələn insan tam və kamil insandır. Bu insan hər zaman mutludur, çevrəsinə və tarixə yalnız mutluluq dağıdar. Bunun örnəyini ruhunun memarının Şəms olduğu Mövlana timsalında görürük. Mövlana Şəmslə görüşmədiyi ana qədər mutlu deyildir, əbədi mutluluq üçün axtarışdadır. Sonra Şəms gəlir və onun axtarışına cavab olur. Bizlər də bu gün həyatda mutlu olmağımızı bəlli miqdarda Şəmsə borcluyuq. Yəni Şəmsi tanıdığımız qədər Ona borcluyuq. Şəms təliminin əsasında duran budur ki, “eşq öyrənilməz, gələr.”**

 

نوشته شده در ساعت توسط سعید خویی| |


Design By : Night Skin

آگهی رایگان